Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib.
Bu barədə Bakı Dövlət Universitetinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib.
Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat-axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi, iki dərsliyin, altı dərs vəsaitinin, üç proqramın isə həmmüəllifi olub.
www.102info.az