K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya Xəstəxanasında (“OMD” kimi tanınır) ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 6-da xəstəxanaya gətirilən yeddi aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az