Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter”də yazıb.
“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, – diplomat qeyd edib.
Last week, France delivered more than 300 high-quality demining toolkits that will help @ANAMA_gov_az accelerate Azerbaijan’s humanitarian #demining action. 🕊 pic.twitter.com/4R93Y8AEtb
— Zacharie Gross (@GrossZacharie) September 8, 2022
www.102info.az