Ermənistanda orta məktəb şagirdləri fakültətiv fənn kimi daha çox Azərbaycan və türk dillərini seçirlər.
Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.
O xatırladıb ki, qurum könüllülük əsasında bu dilləri öyrənməyi təklif edib, əsas dillər isə gürcü və fars dilləridir.
Qeyd edək ki, Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dil (ingilis, fransız və ya alman) tədris olunur. Artıq respublikanın məktəbləri tədris üçün üçüncü xarici dili seçə biləcəklər. Əsas diqqət region ölkələrinin – İran, Azərbaycan, Gürcüstan və Türkiyənin dillərinə verilir.
Mənbə: Sputnik Ermənistan
www.102info.az