Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 09.09.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
www.102info.az