7-ci sinif şagirdi 160 saylı gimnaziyaya qarşı: Təhsil Şöbəsi kimin tərəfini tutdu? – Araşdırmanın DAVAMI

Cəmiyyət

“Araşdırma zamanı məlum olub ki, 2021-2022-ci tədris ili çərçivəsində 160 nömrəli Klassik Gimnaziyanın 7 “b” sinif şagirdi Səlimə Əliyevanın beş fənn üzrə biliyi qeyri-kafidir. Bu səbəbdən də təhsil haqqında qanunvericiliyə uyğun olaraq şagird ikinci il üçün sinifdə qalıb”.

Bu barədə Media.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Bakı şəhər sakini, məktəbli Səlimə Əliyevanın anası Elen Əliyevanın şikayətinə münasibət bildirərkən məlumat verilib.

Təhsil Şöbəsindən onu da qeyd ediblər ki, qadının səsləndirdiyi şikayətlərin hamısı təsdiqini tapmayıb.

Xatırladaq ki, Bakı sakini Elen Əliyeva 160 saylı Klassik Gimnaziyanın müəllimlərinin qızını alçaltmasından, qiymətlərini aşağı salmasından və rüşvətə eyham vurmasından şikayətlənib. Bundan əlavə, qız ikinci il üçün sinifdə qalıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir