Salyanda avtomobil təmiri sexində yanğın olub

Cəmiyyət

Salyan rayonunda avtomobil təmiri sexində yanğın olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, rayonun Qarabağlı kəndində ümumi sahəsi 270 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) tavanı 60 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az