Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən, 1999-cu il təvəllüdlü Ələddin Hadiyevi avtomobil vurub.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.102info.az