Göygöldə döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerldirilib.
Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.
www.102info.az