Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9%, qeyri-ərzaq məhsulları üzrə 107,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 100,9%, ötən ilin avqust ayı ilə müqayisədə 114,2% olub.
www.102info.az