İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən axşam saat 20 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla altı nəfər yaralanıb.
Bu barədə Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
Yaralı həmyerlilərimizin adları:
Rakif Əliyev
Mahrec Kərimov
Azər Amanov
Qulam İbrahimov
Yaralılar hal-hazırda Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
www.102info.az