Sumqayıt şəhərində yerləşən firmalardan birinin istehsal sexindən 20 000 manatlıq mis naqillər oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az