Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: “İlk yardım – tibbi yardım hesab olunmur” – MÜSAHİBƏ

Cəmiyyət

“İlk tibbi yardım özlüyündə həm sadə, həm də mürəkkəb anlayışdır. Hər bir insan öz imkanları daxilində ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Adətən zərərçəkənin həyatı və sağlamlığı xüsusi tibbi təhsili olmayan şəxslərin öz-özünə və qarşılıqlı yardım qaydasında ilk tibbi yardım göstərməsindən asılıdır. Ona görə də hər bir vətəndaşın ilk tibbi yardımın mahiyyətini, prinsiplərini, qaydalarını və ardıcıllığını bilməsi zəruridir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Cavanşir Məhərrəmov mətbuata müsahibəsində deyib.

Həkim qeyd edib ki, ilk yardım – tibbi yardım hesab olunmur, həkimlərin gəlişindən və ya zərərçəkənin xəstəxanaya çatdırılmasından əvvəl göstərilir:

– Bu, zərərçəkənə xüsusi tibbi alətlər, avadanlıqlar, dərmanlardan istifadə etmədən tibbi yardıma qədər olan dəstəkdir.

Diqqət edilməli olan əsas məqam isə hadisə, zaman, məkan və yanaşma şəklidir. Zədələrin (yüngül çıxıq, yarım çıxıq və tam çıxıq, sümüklərin sınığı və s.) və bədbəxt hadisələrin (boğulma, günvurma, istivurma, ilansancması, məişət zədələnmələri və s.) fərqli olduğunu nəzərə alaraq “İlk yardım” və davamında gələn “İlk Tibbi Yardım”da müxtəlifdir.

– Güclü qanaxma və ürək tənəffüs fəaliyyəti dayanan şəxslərə təcili tibbi yardım briqadası gələnə qədər nə edilməlidir?

– Qanaxmalar damar, əzələ tamlığının pozulması nəticəsində baş verir. Tez-tez rast gəlinən travmalar nəticəsində yaranan xarici qanaxmalardır. Təhlükə isə zədələnmənin miqyası və kəskin itirilən qanın miqdarıdır. Ən qısa zamanda arterial, venoz, kapilyar, parenximatoz qanaxmalar vaxt itirilmədən göstərilən yardım isə həyati vacib amildir.

Bir çox ölkələrdə ürək-tənəffüs fəaliyyəti dayanması zamanı qəbul olunan müəyyən qaydalar var. Ürək-tənəffüs fəaliyyətinin dayandığı halda kardiopulmoner reanimasiya alqoritminə (zərərçəkənin həyati funksiyalarını bərpa etməyə yönəlmiş tədbirlər kompleksi) uyğun olaraq ilk tibbi yardım göstərmək barədə qərar qəbul edilir.

– Əzilmə və burxulma zamanı zədələnmiş nahiyələrdə ilkin tibbi yardım nədən ibarətdir?

– Bu tip zədələnmələrdə əsas məsələ zərərçəkənin vəziyyətinin düzgün qiymətləndirilməsi və ilkin xarici baxışın dəqiq aparılmasıdır. Hadisə zamanı ətrafdakı insanların ilkin yardımla bağlı dolğun məlumatı yoxdursa, o zaman onlar maksimum təmasdan, yəni toxunma, tərpətmə, müdaxilə etmədən çəkinməlidirlər.

– Kiçik yaşlı uşaqlara yardım göstərilərkən hansı vacib məqamları bilmək önəmlidir?

– Kiçik yaşlı uşaqlara yardım zamanı bir çox faktorları bilmək vacibdir. Ekstremal şəraitlərdə onlara ilk yardım xilasedicilər və tibb işçiləri tərəfindən göstərilməlidir. Uşaqların zədələnmə ocaqlarından qohumlarının (tanışlarının) müşayiəti ilə çıxarılması və təxliyəsi məsləhət görülür.

Unutmayaq ki, kiçik yaşlı uşaqlar çox həssasdırlar və dərhal sizin inamsızlığınızı hiss edə bilərlər. Zədələnən uşağın etibarını qazanmaq üçün əvvəlcə onun inandığı adamla, imkan daxilində valideynləri ilə söhbət tövsiyə olunur. Əgər valideyn sizə qulaq asır və inanırsa, bu inam uşağa da keçir. Önəmli olan odur ki, uşaq nə baş verdiyini və sizin nə etmək istədiyinizi anlasın.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir