Bakıya qəza enişi etmiş Sinqapur təyyarəsi təmirdən sonra geri qayıdıb

Cəmiyyət

Sentyabrın 9-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi etmiş “Singapore Airlines” şirkətinin “Boeing 777” markalı sərnişin təyyarəsi təmirdən sonra ötən gün ölkəsinə geri qayıdıb.

Bu barədə Oxu.Az-a hava limanından bildirilib.

Xatırladaq ki, Paris-Sinqapur reysi üzrə uçan təyyarənin mühərrikindən yağ sızması qeydə alındığına görə, uçuş heyəti Bakıya enməyə qərar vermişdi. Təyyarədə 229 sərnişin və 18 ekipaj üzvü olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir