Azərbaycanda hansı məhsullar BAHALAŞIB? – AÇIQLAMA + VİDEO

Cəmiyyət

Avqust ayında ən vacib ərzaq məhsullarının qiyməti ötən aylara nisbətən bir neçə faiz bahalaşıb.Bu ilin yanvar-avqust aylarında inflyasiyanın səviyyəsi isə 13,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatı açıqlayıb.

Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Tünzalə Qarayeva “Xəzər Xəbər”ə bildirib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 faiz,qeyri-ərzaq məhsulları 7,2 faiz bahalaşıb.

Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörək, un, peçenye, düyük, makaron məmulatları, mal, qoyun və toyuq ətik, kolbasa məmulatları, qatılaşdırılmış şəkərli süd, kəsmik, pendir və digər məhsullar da olub.

T.Qarayeva qeyd edib ki, avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir