Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Todan kəndində baş verib. Hərəkətdə olan “Niva” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı 23 yaşlı sərnişin İsa Rəhimov ölüb. Xəsarət alan 28 yaşlı sürücü Elşən Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az