Bir həftə əvvəl Bakıda ana olan 13 yaşlı yeniyetmə hələ də xəstəxanadadır. Ev şəraitində ana olan yeniyetmə TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsini davam etdirir.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, yeni doğulan körpənin Səhiyyə Nazirliyinin nəzdində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilməsi ilə bağlı aktlaşdırılma aparılıb:
“Xətai Rayonu İcra Hakimiyyəti ilə birgə biz bunu həyata keçiririk. Bu gün isə yeniyetmənin anasının şifahi müraciəti əsasında 13 yaşlı qızın Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilməsi ilə bağlı ərizəsi rəsmiləşdiriləcək. Yaxın zamanlarda yeniyetmə artıq normal təhsilini davam etdirəcək. Eyni zamanda sığınacaqda yaşayaraq, reablitasiyasını keçəcək”.
Xatırladaq ki, 13 yaşlı qız sentyabrın 6-da ev şəraitində körpə dünyaya gətirib. Vəziyyəti kritikləşdiyindən ana xəstəxanaya yerləşdirilib. 13 yaşlı qız 15 yaşlı yeniyetmə tərəfindən təcavüzə uğraması nəticəsində hamilə qalıb.
www.102info.az