Bakıda şirkətin yarım milyon manatını mənimsəyən qadına hökm oxunub

Cəmiyyət

Bakıda “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.

Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir