Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.
www.102info.az