Ermənilərin Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.
APA xəbər verir ki, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və minlərlə şəhər sakini iştirak edib.
Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.
www.102info.az