Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71 491 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11-dən 12,2-yə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1984, üçəm doğulanların sayı isə 96 olub.
www.102info.az