“Qarabağ müharibəsi başlayandan Ermənistan tərəfi yalan, təxribat xarakterli informasiya yaymaqla özünə haqq qazandırmağa çalışır”.
Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində media eksperti Müşfiq Ələsgərli informasiya müharibəsi barədə danışarkən bildirib.
O deyib ki, 30 il müddətində onlar dünyanı aldadıblar ki, guya Qarabağ tarixi Ermənistan torpağıdır:
“Bununla onlar bir sıra beynəlxalq təşkilatları çaşdıra bilirdilər. İkinci Qarabağ savaşı dövründən Azərbaycan informasiya savaşında işini tamamilə yeni müstəvidə qurdu. 2020-ci ildən etibarən Ermənistanın ordusu kimi, informasiya müstəvisində apardığı işlər də iflasa uğradı. Məsələn, əvvəllər beynəlxalq KİV-lər Ermənistan tərəfdən daha çox çıxış edirdi. Amma bu gün dünyada ictimai rəyi formalaşdıran KİV-lər Ermənistan Müdafiə Nazirliyinin mövqeyi ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını da verirlər”.
Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az