Şəmkirdə 29 yaşlı kişi bıçaqlandı

Cəmiyyət

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Talış kəndində qeydə alınıb.

Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az