MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı – SƏBƏB – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət

“ASAN Xidmət”in nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzi bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satılmamasına aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, mərkəzin direktoru Mehdi Cavadov bildirib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb:

“ASAN login üzərindəki yüklülük səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”.

Qeyd edilib ki, bu, müvəqqəti haldır və mənzillər yenidən satışa çıxarılacaq.

11:15

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.
 
Oxu.Az-ın məlumatına əsasən, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

11:00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.

Oxu.Az-ın məlumatına görə, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.

Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.

10:44

“Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.

Fərman Qurbanlı həm də, ümumilikdə 18 binadan 815 mənzilin satışa çıxarılacağını qeyd edib.

Photostock.az birifinqdən fotolar lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir