Bakıda taxta materiallar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 2000 kvadratmetr olan əraziyə yığılan taxta materialları 100 kvadratmetr sahədə yanıb.
Taxta materiallarının qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az