Xırdalanda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Cəmiyyət

Abşeron rayonunda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun ibtidai istintaqı başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin mayında Abşeron rayon Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü R.Məmmədov küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Daha sonra R.Məmmədov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir