Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu, MAXE 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu Goranboyda dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, il əvvəl şəhidimizlə vida mərasimi keçirilib.
Mərasimdə onun döyüş yoldaşları, yaxınları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra şəhidimiz Goranboyda torpağa tapşırılıb.
İlhamə Əbülfət
www.102info.az