Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu

Cəmiyyət

Türkiyədə Bursa şəhərinin Osmanqazi rayonunda Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adı verilən parkın açılışı olub.

RİA24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, parkın açılışında Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar, Azərbaycanın Ankaradakı səfirinin məsləhətçisi Ruslan Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Quran oxunub və şəhidə rəhmət diləyiblər.

Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu 
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir