Keçmiş məhkum oğurluq etməsi səbəbilə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində üç avtomobildən ümumilikdə 1 800 manat pul, notbuk, bank kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3 000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2 250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Zeynalov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az