Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşı ilə bağlı xatirələrini bölüşüb.
İTV-yə danışan Sənan Əhmədov, qardaşı ilə iki yaşından bəri uşaq evində böyüdüklərini bildirib.
“Səbuhi uşaq evindən çıxdıqdan sonra əsgərliyini çəkdi. Daha sonra elə hərbi qaldı. Beş ildir hərbidə olub, ancaq postlarda olurdu. 44 günlük Vətən müharibəsinə kimi çavuş rütbəsində olub. Müharibəyə getməzdən əvvəl gizir rütbəsi ilə təltif olunub”.
S.Əhmədov qardaşının ölüm xəbərini aldıqdan sonra onun cənazəsini götürmək üçün Gəncəyə getdiyini bildirib:
“Uşaq evindən çıxdıqdan sonra fikir edirdik ki, necə edəcəyik. Qardaşım hərbiyə getdikdən sonra narahat idim ki, pis xəbər gələr. İnanmırdım ki, rəhmətə gedər. Onu ölümsüz kimi hiss edirdim”.
Daha ətraflı süjetdə:
www.102info.az