Bakıda avtomobildən 7800 manat oğurlayan şəxs TUTULDU

Cəmiyyət

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində BMW markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş  Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir