14 yaşlı qız bitki dərmanı içərək ölüb

Cəmiyyət

Göyçay rayonunda yeniyetmə zəhərlənərək vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaraxıdır kəndində baş verib. 

Belə ki, 2008-ci il təvəllüdlü Günəş Salikova yaşadığı evin həyətində bitki dərmanını sərinləşdirici içki bilərək, onu içib. 

14 yaşlı qız ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love