Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi

Cəmiyyət

Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, vəkil, 1958-ci il təvəllüdlü Valeri Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsələr də, 64 yaşlı vəkil vəfat edib.

V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.

Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir