“Baku TV Rəqəmsal Media Məktəbi” iştirakçı seçir – VİDEO

Cəmiyyət

“Baku TV Rəqəmsal Media Məktəbi” iştirakçı seçir.

Ümumilikdə 2 mərhələdən ibarət olan seçimin yekununda 10 gənc 2 ay müddətində Baku TV-də təcrübə keçmək imkanı əldə edəcək. 

Media məktəbinin fəaliyyətə başlamasında əsas məqsəd istedadlı gəncləri aşkara çıxarmaq və yeni mediada Azərbaycanın informasiya müharibəsinə dəstək üçün peşəkar kadrlar yetişdirməkdir.

150 nəfərin iştirak etdiyi və 2 gün davam edən seçim turu “Winter Park Hotel Baku”nun məkan dəstəyi ilə təşkil olunub. 

Seçiləcək şəxslərə uğurlar arzu edirik, seçilməyənlər isə məyus olmasınlar. Növbəti 2 aylıq “Baku TV Rəqəmsal Media Məktəbi”ndə onların müraciəti yenidən nəzərə alınacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir