Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Oxu.Az xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 markalı maşın yol kənarındakı beton hasara çırpılıb.
Nəticədə maşında olan sürücü – Xəlitli kənd sakini 35 yaşlı Elton Qasımov və sərnişin – Murad adlı şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.





www.102info.az