Rusiya-Ukrayna müharibəsi zamanı ciddi şəkildə zərər görən İrpen şəhərindəki 12 nömrəli orta məktəb əsaslı təmir olunduqdan sonra sentyabrın 1-i məktəblilərin istifadəsinə verilib.
Baku TV-nin müxbiri təhsil müəssisəsinə baş çəkərək, səlahiyyətlilərlə söhbətləşib.
İrpen şəhərinin meri Oleksandr Markuşin dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
“Biz İrpen şəhər Zərifə Əliyeva adına 12 saylı tam orta məktəbin təmirinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarıq. Azərbaycan Ukraynaya, İrpenə çətin dövrdə yardım göstərdi”, – deyə şəhər rəhbəri bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin təmirini öz üzərinə götürərək müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az