Lənkəranda 35 yaşlı qadın özünü asdı

Cəmiyyət

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Balıqçılar qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Pərvanə Fərman qızı Əliyeva yaşadığı evin həyətindəki qovaq ağacından özünü asıb. 

Mərhumun yaxınlarının sözlərinə görə, Pərvanə Əliyevanın nevroloji problemləri olduğu üçün müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az