Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
“Unikal” xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Nazirliyin N saylı hərbi hissəsinin komandiri, polkovnik Teymur Qabulov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.
www.102info.az