Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qardaşbəyli kəndində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb, C.Abbasovun qardaşı Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az