Müalicə üçün Türkiyəyə göndərilən qazilərin sayı AÇIQLANDI

Cəmiyyət

“Bu günə qədər 200-ə yaxın qazi müalicə üçün Türkiyəyə göndərilib və əksəriyyəti müalicə kursunu başa vuraraq Vətənə qayıdıb”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində yaralanan şəxslərin müalicəsi məhz qardaş ölkənin tibb işçilərinə həvalə edilib.

“İki ölkə arasında inkişaf edən əlaqələr səhiyyə sahəsinə də təsir edir. Bu gün dünya xəritəsinə baxsaq, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər yoxdur”, – T.Musayev söyləyib.

Nazir bildirib ki, istər pandemiya dövründə, istər müharibə dövründə və müharibədən sonrakı müddətdə Türkiyə daim Azərbaycanın yanında olub, haqq işinə dəstək verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir