Azərbaycanda iki nəfəri ildırım vurub.
Oxu.Az-ın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb.
Onların təcili olaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirildiyi bildirilir.
Qazax Müalicə Diaqnostika Mərkəzindən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, 22.09.2022-ci il tarixində ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:
“Onlardan biri 2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölüb. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.
Könül Cəfərli
www.102info.az