Polis eyni vaxtda vətəndaşa üç cərimə yaza bilərmi? – FOTO

Cəmiyyət

Vətəndaş Baş Dövlət Yol Polis İdarəsindən şikayətçidir. 

Bu barədə Oxu.Az-ın redaksiyasına Afiq Hacıəliyev adlı şəxs müraciət edib. 

O iddia edir ki, polis qanunsuz olaraq ona üç cərimə yazıb:

“Üç cərimənin eyni anda yazılması düzgün deyil və qanunsuzdur”.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib. 

Qurumun İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, polisin tətbiq etdiyi cərimə protokolunda qanunsuz heç bir hal yoxdur:

“Əgər sürücü eyni anda bir neçə inzibati xəta törədibsə, bu halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, həmin sürücünün törətdiyi inzibati xətalar protokolda qeyd olunmaqla sürücüyə daha ağır xətaya görə müəyyən edilmiş sanksiya tətbiq edilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir