Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədəki əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya Silahlı Qüvvələri Donbas əyalətinin Ukraynanın nəzarətindəki hissəsini, Nikolayev və Zaporojye vilayətlərini uzaqmənzilli raketlərdən atəşə tutub.
Həmçinin qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrində döyüşmüş üç azərbaycanlı əsirlikdən azad edilib.
“Geri qaytarılan azərbaycanlılardan birinin Rüstəm Babayev olduğu deyilir. Onlarla psixoloji reabilitasiya prosesi aparılır”, – deyə məlumatda qeyd olunur.
Ətraflı videonu təqdim edirik:
www.102info.az