Qusar rayonunda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Qusar-Xudat avtomobil yolunun Balaqusar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, şahidlərin sözlərinə görə, VAZ-2107 markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Qusar rayon sakinləri, 1976-cı il təvəllüdlü Faizat Abduləziz qızı Vahabova, 1984-cü il təvəllüdlü Aynurə Mirəli qızı Kərimova, 1988-ci il təvəllüdlü Radmila Əliağa qızı Məmmədova, 1978-ci il təvəllüdlü Ulduz Gəncəli qızı Ağayeva və 1991-ci il təvəllüdlü Nadir Nasim oğlu Məhsimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az