Zaqatalada qadın ev sahibəsini və fəhləni bıçaqladı

Cəmiyyət

Zaqatala rayonunda qadın qonşusunu və evində işləyən fəhləni bıçaqlayıb. 

Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan D.F. dünən günorta saatlarında qonşusu G.Cavadovaya məxsus ünvana gələrək qadına və evin həyətində işləyən fəhlə M.Əhmədova mətbəx bıçağı ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunub:

“Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir