Daşkəsən rayonunun Xoşbulaq kəndində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1963-cü il təvəllüdü Gülnaz Mustafayeva, 1976-cı il təvəllüdlü Sahil Məmmədov və 1978-ci il təvəllüdlü Hicran Məmmədova xəsarət alıblar.
Onların hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az