Ana həbsdəki oğluna narkotik ötürməyə cəhd edib

Cəmiyyət

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar xidmət məlumat yayıb.

Qeyd olunub ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Şahvələd oğlu Cəfərova anası Saatlı rayon sakini Zərqələm Şükür qızı Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı idman şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir