Azərbaycan gömrükçüləri külli miqdarda “iPhone” telefonları aşkar ediblər – FOTO

Cəmiyyət

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, Doha-Bakı aviareysi ilə gələn Rusiya və Azərbaycan vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı Rusiya vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı (15 ədəd “iPhone 14 Pro 128gb”, 20 ədəd “iPhone 14 Pro 256gb”, beş ədəd “iPhone 14 Pro 512gb”, 20 ədəd “iPhone 14 Pro Max 128gb”, 20 ədəd “iPhone 14 Pro Max” 256gb”, bir ədəd iPhone 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir