Bakıda işıqforun işləməməsi qəzaya səbəb oldu – FOTO

Cəmiyyət

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərək əsas yola daxil olmaq istəyib. Bu zaman o idarə etdiyi avtomobili əsas yolda olan digər “Mercedes” markalı maşına çırpıb. Sürücülər bildirib ki, qəza zamanı işıqfor işləməyib. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir