27 sentyabr Anım Günü ilə əlaqədar NAYORA tərəfindən silsilə tədbirlər keçirilib – FOTO

Cəmiyyət

27 sentyabr Anım Günü ilə bağlı NAYORA-ya üzv və tərəfdaş olan 18 aparıcı gənclər təşkilatının rəhbərinin iştirakı ilə 3 regionda – Gəncə, Mingəçevir və Bərdə şəhərlərində silsilə tədbirlər həyata keçirilib. 

Hər regionda iki gün olmaqla keçirilən tədbirlər çərçivəsində ilk olaraq Gəncə, Mingəçevir və Bərdə şəhərlərində ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq, əziz xatirələri yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı dağıdılmış, zərər görmüş ərazilərə də ziyarət baş tutub.

Proqramın ikinci günü gənclər təşkilatlarının rəhbərləri tərəfindən şəhid ailələrinə baş çəkilib.

Bundan əlavə qeyd edilən regionlarda yerləşən universitet və kolleclərdə gənclərin iştirakı ilə “44 Günlük Vətən Müharibəsi: Post-müharibə dövründə gənclər və gənclər təşkilatlarının əsas vəzifə və öhdəlikləri” mövzusunda müzakirə xarakterli görüşlər keçirilib.

Müxtəlif universitet və kolleclərdə keçirilən görüşlər zamanı “Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi”, “Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi”, “DOST Könüllü Proqramı”, “İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi”, “Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”, “İşıqlı Gələcək Gənclər İctimai Birliyi”, “Gənclərin Töhfəsi İctimai Birliyi”, “Qoşulmama Hərəkatı Gənclər Təşkilatı”, “Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi”, “Gənclər Mərkəzi İctimai Birliyi” və “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti İctimai Birliyi”nin rəhbərləri tərəfindən xüsusilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edir, qürur duyur. Həmçinin şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas borc, öhdəlik olduğu da vurğulanıb.

Qeyd edək ki, silsilə tədbirlərin əsas məqsədi 27 sentyabr Anım Günü ilə bağlı gənclərin məlumatlılığının artırılması və 44 günlük şanlı zəfərimizin gənclər arasında təbliğindən ibarət olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir